HAQQIMIZDA
Göybörü qədim Türk mifologiyasında mistik, müqəddəs bir qurd olaraq tanınır. “Göy” – müqəddəs göyü, əbədiliyi və ali gücü, "Börü" isə qurdun qoruyucu və istiqamətverici gücünü ifadə edir. Göybörü qoruyucu, yol göstərici və dirçəlişin simvolu kimi qəbul edilir. Əfsanələrə görə, Göybörü hər 100-200 ildən bir peyda olur, xüsusilə türk xalqları çətin dövrlərdən keçəndə, yeni bir başlanğıca ehtiyac duyanda və ya böyük bir dönüş nöqtəsinə çatanda ortaya çıxır. O, xalqına güc, iradə və birliyə çağırış gətirir. Tarix boyu Göybörü böyük dövlətlərin quruluşu, xalqların dirçəlişi və azadlıq mübarizəsi ilə əlaqələndirilmişdir.
Brend olaraq, GÖYBÖRÜ bu əfsanəvi gücü və ruhu yaşadır. Bu, sadəcə bir ad deyil – tarixin dərinliklərindən gələn bir çağırış, milli kimliyinə sahib çıxanların simvoludur. Göybörü sənin içindədir – onu hiss et, yaşat və daşı!
GÖYBÖRÜ bir brenddən daha çox, milli ruhun, mədəniyyətin, kimliyin və irsin təcəssümüdür. 2022-ci ildə qurulan brendimiz, iki il ərzində aparılan dərin tarixi, irsi və mədəni araşdırmalardan sonra 2024-cü ildə rəsmi fəaliyyətə başlamışdır. Məqsədimiz, öz kimliyi və milli dəyərləri ilə fəxr edən insanlar üçün keyfiyyətli, unikallığı ilə seçilən geyim və aksesuarlar təqdim etməkdir.
Məhsullarımız, milli kimlik, güc və birlik hissini daşıyan insanlara ünvanlanıb. Biz keyfiyyət, incə işçilik və orijinallığa önəm veririk. Hər bir məhsulumuz incəliklə hazırlanır və xüsusi bir məna daşıyır. GÖYBÖRÜ təkcə dəb deyil – bu, mirasını yaşatmaq və gələcəyə daşımaq istəyənlərin seçimidir.
Keyfiyyəti daim ən yüksək səviyyədə saxlamaq üçün məhsullarımızın xammalları Azərbaycan, Türkiyə, Polşa, İndoneziya, Honq Konq və Tayvandan seçilmiş istehsalçılar tərəfindən tədarük edilir.
GÖYBÖRÜ olaraq, biz inkişaf edirik, lakin keyfiyyətdən heç vaxt güzəştə getmirik. Biz inanırıq ki, həqiqi qürur yalnız ən yaxşısına layiqdir.!
GÖYBÖRÜ ailəsinə qoşul və ənənə ilə modern tərzin birləşdiyi bu bu irsin bir daşıyıcısı ol!
