top of page

Tez-tez verilən suallar (FAQ)

Sifarişi necə verə bilərəm?

Sifariş vermək üçün istədiyiniz məhsulu səbətə əlavə edin, sonra isə "Sifarişi tamamla" düyməsini klikləyərək ödəmə səhifəsinə keçin. Lazımi məlumatları dolduraraq sifarişinizi tamamlaya bilərsiniz.

 

 

Ödəniş üsulları hansılardır?
  • Bank kartı (Visa, MasterCard)

  • Nağd ödəniş (çatdırılma zamanı)

  • Elektron pul kisələri (E-manat, MilliÖn və s.)

  • PayPal (Beynəlxalq sifarişlər)

 

 

Sifarişimi necə ləğv edə və ya dəyişdirə bilərəm?

Sifarişinizi yalnız göndərilməmiş olduğu halda ləğv edə və ya dəyişdirə bilərsiniz. Bunun üçün 24 saat ərzində bizimlə əlaqə saxlayın.

Məhsulu geri qaytara və ya dəyişdirə bilərəmmi?

Bəli, məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz. Məhsul istifadə olunmamış və orijinal qablaşdırmada olmalıdır. Geri qaytarma şərtləri üçün "Qaytarılma şərtləri" səhifəsinə baxın.

 

Müştəri dəstəyi ilə necə əlaqə saxlaya bilərəm?

Bizimlə əlaqə >

Pickup Point (Götürmə Məntəqəsi)

Sifarişinizi Bakı şəhərindəki Pickup Point-dən pulsuz şəkildə götürə bilərsiniz. Pickup Point adresini sifarişinizi tamamladığınız zaman görə biləcəksiniz.
 

  • Bildiriş: Sifarişiniz hazır olduqda sizə bildiriş göndəriləcək.

  • Üstünlüklər: Çatdırılma haqqı yoxdur — tamamilə pulsuzdur.

  • Geri Qaytarma və Dəyişdirmə: Pickup Point eyni zamanda məhsul dəyişdirmə və geri qaytarma üçün istifadə edilə bilər.

Pickup Point-ə gəlməzdən əvvəl sifarişinizin hazır olduğuna əmin olun və bildirişi gözləyin.



Çatdırılma müddəti nə qədərdir?

Çatdırılma müddəti sifarişin yerləşdirildiyi ünvana görə dəyişir:
 

  • Bakı daxilində: 1-2 iş günü

  • Bölgələrə: 3-5 iş günü

  • Beynəlxalq 10+ iş günü (ölkədən asılı olaraq)

 

Çatdırılma qiyməti necə hesablanır? 

Ölkə daxilində çatdırılma məbləği standart olaraq 5 AZN təşkil edir.

Beynəlxalq çatdırılma da isə bu rəqəm 18 AZN-dən başlayır. Çatdırılma haqqı sifarişin çəkisi, ölçüsü və çatdırılma ölkəsinə görə dəyişir. Dəqiq məbləği məhsulu seçdikdən sonra ödəniş səhifəsində görə bilərsiniz.

Hansı ölkələrə çatdırılma edirsiniz?

Ermənistan xaric olmaqla dünyanın bir çox ölkəsinə çatdırılma edirik. Sizin ölkənizə çatdırılmanın mümkün olub-olmadığını yoxlamaq üçün ödəniş səhifəsində ünvanınızı daxil edə bilərsiniz.


Beynəlxalq sifarişlərdə gömrük rüsumları və vergilər sifarişə daxildirmi?

Xeyr, beynəlxalq sifarişlərdə gömrük rüsumları və vergilər ölkənizin qaydalarına əsasən hesablanır və müştərinin öhdəliyindədir. Daha ətraflı məlumat üçün yerli gömrük orqanlarınızla əlaqə saxlayın.

Beynəlxalq sifarişi necə izləyə bilərəm?

Sifarişiniz göndərildikdən sonra sizə izləmə nömrəsi təqdim ediləcək. Bu nömrəni istifadə edərək kuryer şirkətinin veb saytından sifarişinizi izləyə bilərsiniz. 

Beynəlxalq sifarişimi ləğv edə və ya geri qaytara bilərəmmi?
  • Sifariş göndərilmədən əvvəl ləğv edilə bilər.

  • Göndərildikdən sonra isə yalnız məhsul geri qaytarıla bilər (satıcının qaytarma siyasətinə uyğun olaraq). Çatdırılma və gömrük xərcləri geri qaytarılmır.

 

Çatdırılma zamanı itmiş və ya zədələnmiş sifarişlər üçün nə etməliyəm?

Əgər sifarişiniz çatdırılma zamanı zədələnibsə və ya itibsə, lütfən, bizimlə 24 saat ərzində əlaqə saxlayın ki, probleminzi ən qısa zamanda həll etməyə kömək edək. Email: goyboru@gmail.com 

bottom of page